“Toyota Arzuların Maşını” rəsm müsabiqəsi başlandı!

Toyota Bakı Mərkəzi “Toyota Dream Car” Art Contest “Toyota Arzuların Maşını” 11-ci beynəlxalq rəsm müsabiqəsini Azərbaycanda elan edir. Müsabiqədə Azərbaycan Respublikasında yaşayan 15 yaşa qədər olan hər bir uşaq iştirak edə bilər. Müsabiqə üç yaş kateqoriyasında keçirilir: 1-8, 8-11, 12-15. Rəsmlər karandaş, yağlı karandaş(pastel),flamaster, boya, yağlı boya, akvarel ilə A3 formatlı kağızda çəkilməlidir.

Rəsmlər 25 oktyabr 2016 tarixindən 5 yanvar 2017 tarixinə qədər Toyota Bakı Mərkəzində qəbul edilir. Milli müsabiqənin 9 qalibi diplom və hədiyyə ilə mükafatlandırılacaq. Mükafat qazanmış rəsmlər Dünya üzrə müsabiqəyə göndəriləcək. Müsabiqənin dünya üzrə qalibləri valideyinləri ilə birgə Yaponiyaya səyahət-baş mükafatını qazanacaq! Əziz valideyinlər, uşaqlarınızın fantaziyalarına imkan yaradın, gələcəyin Toyotasını çəksinlər.

İştirakçılardan xahiş olunur ki, aşaqıdakı anketi yükləyib doldursun və rəsmlə birlikdə Toyota Bakı Mərkəzinə gətirsin.

ANKET-YÜKLƏ

Əlaqə nömrələri: 012 496 70 10 (daxili 170), 050 265 70 77
Toyota Bakı Mərkəzi /Marketinq departamenti/Eldəniz Cəfərov
Bakı, Xətai r-nu, F.Bayramov-26/ eldeniz.jafarov@toyotabaku.az