Tam Yenilənmiş 7 yerlik Toyota Highlander artıq Toyota Bakı Mərkəzində
Avtomobil sürərkən ailənizlə maksimal komfort arzu etməyinizdən, yaxud yaxınlarınızla səyahət edərkən istirahətdən zövq almaq istəməyinizdən asılı olmayaraq, idarə etməli olduğunuz avtomobil "Toyota Highlander"dir.
Yeni 2020-ci il buraxılışlı Toyota Highlander sizə arzu etdiyiniz hər şeyi verməyə, gündəlik səfərlərinizi daha mükəmməl etməyə hazırdır. Toyota Yeni Qlobal Arxitektura (TNGA) platformasının sayəsində sizə və yaxınlarınıza daha böyük imkanlar, komfort və təhlükəsizlik vəd edən bu avtomobildə 8-dək insan səyahət edə bilər. Həyat məqsədlərinizin nə olmasının heç bir fərqi yoxdur! Ehtiyaclarınıza cavab verən Highlander avtomobili həmişə var. V6 mühərrikə və tam ötürücülü idarəetməyə malik avtomobil seçimləri sizə daha çox rahatlıq gətirəcək və səfərlərinizi yeni səviyyəyə aparacaq.
Yeni Highlander dəbdəbəli və müasir interyeri ilə sizə hər an zövq verəcək. Avtomobilin sərt cizgilərə malik alət paneli 8 düym sensor displeyə malikdir. Burada Highlander sisteminin fərqli funksiyalarından asanlıqla istifadə edə bilərsiniz. Avtomobilin bütün oturacaqlarında keyfiyyətə xüsusi diqqət yetirilib. Yumşaq səthlər və yüksək səviyyəli materiallar mükəmməlliyi ilə sizə və sevdiklərinizə unudulmaz anlar yaşadacaq.
Highlander avtomobilinin dinamik yeni dizaynı, hara getməyinizdən asılı olmayaraq, baş gicəlləndirici uğura sahib olacaq. Genişləndirilmiş qanadlar avtomobilin görünüşünü vurğulayır. Avtomobilin kapotundan arxa faralara qədər uzanan sərt cizgilər isə onun müstəsna gözəlliyə malik görünüşünə rəng qatır. Xrom örtüyə malik platin qara rəngli ön barmaqlıq avtomobilin modern dizaynını axıcılığı ilə tamamlayaraq onu daha dəbli edir. Beləcə, özünüzə məxsus və ya yaxınlarınızla paylaşdığınız həvəslərinizin ardınca gedərkən hər dəfə Highlander avtomobilinə baxıb ilham alacaqsınız.
Şəhərdə səyahət edərkən, ya da təbiət qoynuna çıxarkən Highlander avtomobilinin ürək oxşayan komfortundan zövq alacaqsınız. Yüksək davamlılığa malik TNGA platforması avtomobili səlis və sakit səfərlər üçün möhkəm karkasla təmin edib. Avtomobilin tam ötürücülü idarəetmə imkanlarını dinamik fırlatma momentinin paylanması sisteminə malik tam ötürücülü idarəetmə ilə yeni zirvələrə çıxarın. Bu ağıllı sistem gücü buna daha çox ehtiyacı olan təkərə göndərməklə daha həssas və stabil performans göstərir. Buna görə də, bu avtomobillə hara getsəniz, avtomobili sürdüyünüz hər yolda daha böyük əminliyə sahib olacaqsınız.
Highlander gecə səfərlərindən şəhər kənarına bir günlük səfərlərə qədər istənilən səyahətin öhdəsindən gələ bilər.
Yaşadığınız macəralara daha çox əyləncə gətirin. Highlander avtomobilinin 8 düym sensor ekranlı displeyinin sayəsində nəzarəti bir an belə əldən buraxmayacaqsınız. Daha fərdiləşdirilmiş təcrübə yaşamaq üçün sadəcə standart Apple CarPlay® ilə iPhone® telefonunuzu avtomobilə qoşun. Ya da standart Android Auto tətbiqinin üstünlüklərindən faydalanmaq üçün Android™ smartfonunuzla bağlantı yaradın. Bu, hər səfərinizdə komfortun səviyyəsini daha da artıracaq bir rahatlıqdır.
Highlander sizə və ailənizə daha rahat səfər təcrübəsi yaşatmaq üçün çoxsaylı təhlükəsizlik funksiyalarına malikdir. Avtomatik tormozlanma ilə ön və arxa avtomatik parklama sisteminin sayəsində ən dar yerlərə asanlıqla girib-çıxa biləcəksiniz. Sistem yaxınlıqda maneələr aşkar etdikdə sizə xəbərdarlıq edir və lazım gəldikdə mühərrikin gücünü azaldaraq avtomobilin əyləcini işə salır. Sistem avtomobilləri aşkar etdikdə zərəri azaltmaq, yaxud hətta mümkün toqquşmanın qarşısını almağa kömək etmək üçün xəbərdarlıq və əyləc nəzarətindən istifadə edir.
Toyota Safety Sense™ 2.5 (TSS 2.5) 2020-ci il buraxılışlı hər bir Highlander avtomobilinə
© Toyota Bakı Mərkəzi