TOYOTA İYUN AYINI “YAŞIL AY” ELAN EDİB

Birləşmiş Millətlər Təşkilatı 5 iyun tarixini Ümumdünya ətraf müiyin müdafiəsi günü elan edib. 1973-cü ildə isə Toyota Motor Corporation İyun ayını “Yaşıl ay” elan edib və artıq 43 ildir ki, hər il müştəriləri və əməkadaşları bu kampaniya haqqında məlumatlandırır. “Yaşıl ay”ın əsas məqsədi təbiəti-ətraf mühiti çirklənmədən qorumaq, tükənən enerjilərə qənaət etmək, ətrafı zibilləməmək, ağac əkmək, yaşıllığı qorumaqdır. Toyota Bakı Mərkəzi də “Yaşıl ay” kampaniyasını hər il məmnuniyyətlə qeyd edir və kiçik də olsa, vacib məqamları xatırladır ki, işdə və evdə ətraf mühitə zərər verəcək hərəkətlərə yol verməyək. Bu il “Toyota” 2050 –ci ilə qədər 6 məsələnin həllini məqsəd olaraq qarşıya qoyub:

  1. Yeni avtomobil. Sıfır-CO2 . Vəzifə və məqsədlər.
  2. Həyat dövranı . Sıfır-CO2. Vəzifə və məqsədlər.
  3. Zavod. Sıfır-CO2.Vəzifə və məqsədlər.
  4. Suyun minumum istifadəsi və optimizasiyası.
  5. İstehsalı cəmiyyət və sistemə uyğunlaşdırmaq.
  6. Gələcəyi təbiətin harmoniyasına uyğunlaşdırmaq.