İto şəhərindən Yaponiya mədəniyyəti ilə tanışlıq təşkilatının nümayəndələri 30 sentyabr - 4 oktyabr tarixilərində Azərbaycana səfər etmişdilər. 30 sentyabr tarixində Toyota Bakı Mərkəzində müştərilər və tamaşaçılar üçün kimono (ənənəvi yapon geyimi), sado (yapon çay mərasimi), ikebana (gül bəzədilməsi mərasimi), koto (musiqi aləti), oriqami (kağızdan fiqurların hazırlanması), şodo (kalliqrafiya) nümayişi və master klass keçirilmişdir.Tədbirdə Toyota Bakı Mərkəzinin Baş direktoru Mustafa Abbasbəyli çıxış etdi. O, Yaponiya Mədəniyyəti Günlərinin açılış mərasiminin məhz Toyota Bakı Mərkəzində keçirilməsini əlamətdar hadisə adlandırdı. Daha sonra Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Tsuquo Takahaşı çıxış etdi. Cənab Səfir qonaqpərvərliyə görə, minnətdarlığını bildirdi, Yaponiya və Azərbaycan xalqlarının qarşılıqlı mədəniyyət mübadiləsini yüksək qiymətləndirdiyini dedi.
© Toyota Bakı Mərkəzi