Toyota Bakı Mərkəzi və Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyi bu il də Yaponiya mədəniyyəti günləri təşkil edib.

Toyota Bakı Mərkəzi və Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyi bu il də Yaponiya mədəniyyəti günləri təşkil edib. Qonaqları səmimi salamlayan ISR Auto/Toyota Bakı Mərkəzinin direktoru Pərviz Qafarlı Yaponiya Mədəniyyəti Günlərinin artıq üçüncü dəfə keçirilməsinin əlamətdar hadisə olduğunu qeyd etdi. Bu dəfə mədəniyyət gününün açılışında “Takumi’s trick with Asian friends Jazz ” yapon caz ustalarının konserti oldu və Yaponiya motivləri əsasında hərəkətli rəsmlər nümayiş olundu. Hərəkətli rəsmlər sərgisinin təşkilatçısı Nərminə Vəliyevanın “Rəngli duyğular” rəsm studiyasının uşaqları Toyota Bakı Mərkəzi adından Pərviz Qafarlı tərəfindən sertifikatlarla və hədiyyələrlə təltif edildi. Tədbirdə Yaponiyanın Azərbaycan Respublikasındakı səlahiyyətli və fövqəladə səfiri cənab Tsuquo Takahaşi və İndoneziyanın Azərbaycan Respublikasındakı səfiri cənab Dr.H.Husnan Bey Fananieiştirak edirdilər.Daha sonra çıxış edən səfir Tsukuo Takahaşi Yaponiya-Azərbaycan ictimai-mədəni əlaqələrin belə sıx olmasını, iki xalqın bir-bir ilə mədəni dialoqunu yüksək qiymətləndirdiyi dedi və İSR Auto, Toyota Bakı Mərkəzinə minnətdarlığını bildirdi.