"Toyota Motor Europe” şirkəti müştəri məmnuniyyəti mükafatının qaliblərini təltif edib. Hər il keçirilən ənənəvi “İchiban” müştəri məmnuniyyəti mükafatı bu il Madriddə “Toyota Bakı Mərkəzi”nə də təqdim olunub. Mükafat “Toyota Bakı Mərkəzi”nin baş direktoru Mustafa Abbasbəyliyə təqdim edilib.
Mükafatlandırma mərasimində çıxış edən "Toyota Motor Europe” şirkətinin prezidenti Dr. Van Zil deyib: ”Biz işgüzar insanlarıq. Biz müştərilərimizin dəqiq sistem və vasitələrə malik olma haqqını anlamalı və bütün təşkilatda bunu doğru tətbiq etməliyik. Rəqiblərimiz bizim məhsulu mənimsəyə bilər, iş prosesini də mənimsəyə bilər, lakin onlar "müştəri birincidir" düşüncəsini belə asanlıqla mənimsəyə bilməzlər”. Avropada aparılan araşdırmalardan bəlli olub ki, 2007-ci ildən təsis edilən “İchiban” mükafatı satış sahəsində 52,4% artıma, satış sonrası müştəri məmnuniyyəti sahəsində isə 47,4% artıma səbəb olmuşdur.
“Toyota Bakı Mərkəzi” 2006-cı ildən “Toyota”nın Bakıda ilk rəsmi dileridir. Son zamanlar Mərkəz yeni təşəbbüs və innovasiyalar tətbiq etməklə seçilir. Qeyd etmək lazımdır ki, 2014-cü ilin iyun ayında şirkət,"Toyota Qafqaz və Orta Asiya” şirkəti tərəfindən, ay ərzində ən çox satış göstəricisi sertifikatı ilə (yarandığı tarixdən) təltif olunmuşdur.
2015-ci ilin mart ayında “Toyota Bakı Mərkəzi” ilin ən yaxşı avtomobil şirkəti kimi mükafata layıq görülmüşdür. 2015-ci ilin yazında şirkət “Toyota Motor Corporation” tərəfindən Toyota standartlarına tam uyğunluq sertifikatı ilə təltif edilmişdir.
© Toyota Bakı Mərkəzi