Toyota-Arzuların maşını" 12-ci rəsm müsabiqəsinin Azərbaycan üzrə qalibi 14 yaşlı Aydan Eynullayeva Yaponiyaya səyahət edib və Toyota Motor Corporation tərəfindən mükafatlandırılıb.
Toyota Bakı Mərkəzi-“ISR Auto”nun təşkil etdiyi “Toyota-Arzuların maşını”uşaq rəsm müsabiqəsinin dünya üzrə qalibi elan olunub.
“Toyota Motor Corporation”tərəfindən artıq 12-ci dəfə keçirilən “Toyota Dram Car Art Contest”(Toyota-Arzuların Maşını)beynəlxalq uşaq rəsm müsabiqəsinin Azərbaycan üzrə qalibi Aydan Eynullayeva Dünya üzrə də qalib olub. Beynəlxalq müsabiqədə dünyanın müxtəlif ölkələrindən 650 000 rəsm əsəri iştirak edib.Onlardan yalnız 30 rəsm müəllifi qalib olub.Sevindirici haldır ki,balaca rəssam Aydan da bu siyahıdadır.
Bu ilin yanvar ayında beynəlxalq müsabiqənin milli seçimlərində Azərbaycandan üç yaş kateqoriyasında 9 nəfər qalib müəyyən edilmişdi. Peşəkar heyətdən təşkil olunmuş münsiflərin qərarı ilə 1-8 yaş kateqoriyası: 1.Əmirov Aqil(6yaş) 2.Quliyev Rza(7yaş) 3.Məhərrəmli Fəxri(7yaş) 8-11 yaş kateqoriyası: 1.Dadaşzadə Sura(10yaş) 2.Əlimərdan Əmirov(8yaş) 3.Quliyev Əkram(10yaş) 12-15 yaş kateqoriyası: 1.Bağırov Abdulrəhim(12yaş) 2.Altay Adıgözəlov(13yaş) 3.Aydan Eynullayeva(14yaş) qalib olmuşlar.
Milli seçimin qalibləri Toyota Bakı Mərkəzi-ISR Auto tərəfindən hədiyyə və sertifikatla təltif ediliblər.Daha sonra 9 qalib rəsm beynəlxalq seçimdə iştirak etmək üçün “Toyota Caucasus”a göndərilib.Nəticədə 14 yaşlı Aydan Eynullayevanın “Dünyanı gözəlləşdirən Toyota” rəsmi dünya üzrə qalib olub və Toyota Corporationun baş mükafatını-“Yaponiyaya səyahət” qazanıb. Yaponiyada keçirilən rəsmi tədbirdə Aydan Eynullayeva “Toyota”nın prezidenti cənab Akio Toyoda tərəfindən mükafatlandırılıb.
© Toyota Bakı Mərkəzi