Toyota Bakı Mərkəzi 14-cü “Toyota Arzuların Maşını” beynəlxalq rəsm müsabiqəsini elan edir

Toyota Bakı Mərkəzi 14-cü “Toyota Arzuların Maşını” beynəlxalq rəsm müsabiqəsini elan edir.

Müsabiqənin şərtləri:
Kim iştirak edə bilər: Azərbaycan Respublikasında yaşayan 15 yaşa qədər olan hər bir uşaq.
Yaş kateqoriyası:
✔️1-ci kateqoriya 8 yaşa kimi;
✔️2-ci kateqoriya 8-11 yaş;
✔️3-cü kateqoriya 12-15 yaş.

????Rəsmlər karandaş, yağlı karandaş(pastel),flomaster, boya, yağlı boya, akvarel ilə A3 formatlı kağızda çəkilməlidir.

Milli müsabiqənin 9 qalibi diplom və hədiyyə ilə mükafatlandırılacaq.
Mükafat qazanmış rəsmlər Dünya üzrə müsabiqəyə göndəriləcək. Müsabiqənin dünya üzrə qalibi pul mükafatı və serifikat ilə təltif ediləcək.

❗️Rəsmlər 15 Sentyabr 2020-ci il tarixindən 15 Dekabr 2020 tarixinədək Toyota Bakı Mərkəzində qəbul edilir (Bakı, Xətai r-nu, F.Bayramov 26 - Marketinq departamenti)

Ətraflı məlumat üçün:
☎️012 496 70 10
????050 265 70 77