Toyota GT86 simulyatoru Toyota Bakı Mərkəzində
Gazoo Racing yarış avtomobili Toyota GT86 simulyatoru Toyota Bakı Mərkəzində!
Toyota idman avtomobillərinin 60 illik tarixi var. Bu gün bütün yarış komandası “Toyota Gazoo Racing” şöbəsində birləşib, onların himayəsi altında yarış avtomobilləri hazırlanır və dünyada müxtəlif avtomobil yarışlarında iştirak edir. “Toyota Gazoo Racing” – Toyotanın sadəcə trasslarda qələbə qazanması üçün deyil, həm də öz avtomobillərini daim inkişaf etdirməsi istəyini özündə əks etdirir. Əsas şüarı “Daha yaxşı avtomobillər yaratmaq” olan Toyota 60 ildir ki, hüdudları aşmaqdadır. Əsas prinsipi “Yollar insanları, insanlar isə avtomobilləri yaradır” olan bu komanda beş kontinenti fəth edib.
Deyirlər ki, avtomobilin əsl ruh və xarakterini anlamaq üçün, ən azı bir dəfə yarışçının magistral yolda keçirdiyi emosiyaları hiss etmək lazımdır. Təəssüf ki, hamıya belə bir imkan nəsib olmur, hətta sərnişin qismində belə.
Ancaq Toyota bunu reallaşdırdı. 2012-ci ildə Toyota şirkəti Parisdəki “Paris Motor Show” avtosalonunda Toyota GT86 yarış avtomobilininin simulyatorunu ilk dəfə təqdim etdi və bu təqdimat böyük marağa səbəb oldu. Anthony Davidson və Sebastien Buemi kimi məşhur sürücülər də onu elə burda idarə etmişdi. GT86 simulyatorunu bir nəfər idarə etsə də, sürücünün yanında bir sərnişin əyləşə bilər. Ön şüşə daxildən tamamilə ekrandır və sürücü ekranda göstərilən yollara uyğun olaraq simulyatoru idarə edir. Bu təcrübəni tam və əyləncəli yaşamaq üçün isə yan şüşələri bağlamaq yetərlidir.
Yarış həyəcanını siz də real yaşamaq istəyirsinizsə salonumuza buyura bilərsiz.
Simulyator 8 Fevral tarixinədək Toyota Bakı Mərkəzində olacaq.
İştirak tamamilə pulsuzdur.