Çarxların dönməsini təmin etmək məqsədilə sizin Toyota Mühərrikiniz mükəmməl ahənglə işləyən digər bir çox komponentlərə istinad edir. Bu komponentləri gücləndirən isə V-kəməridir. Odur ki, Toyota V-kəmərinizin tam işlək vəziyyətdə olmasını təmin etmək çox mühümdür.
Avtomobilinizin V-kəmərinin aşındığı halda, siz aşağıdakı əlamətləri müşahidə edə bilərsiniz:
- Zəif akkumulyator batareyası
- Kəmər sürüşdüyü halda qeyri-adi səs-küy
- Ventilyasiya və ya sükan hidrogücləndiricisi ilə bağlı problemlər
- Kəmərin üzərində gözlə görünən zədə
Aşınmış kəmərin yeni orijinal Toyota V-kəmərlə əvəzlənməsi ilə avtomobiliniz mümkün olan ən yüksək səmərəliliklə çalışacaq. Səbəbi isə:
- Hər bir Toyota modeli üçün xüsusi dizayn edilmişdir, yəni mükəmməl şəkildə uyğun gəlir və düzgün işləyir
- Möhkəm, istiliyə davamlı material etibarlılığı, çevikliliyi və möhkəmliyi artırır
- Bizim V-kəmərlər rezin örtüklü olduğu üçün uzunmüddətlidir
Yalnız orijinal Toyota V-kəmərlər xüsusilə Totoya avtomobilləri üçün dizayn edilmiş və hazırlanmışdır. Səyahət zamanı öz rahatlığınız naminə V-kəmərinin Toyotanın Səlahiyyətli Təmirçisi tərəfindən yoxlandığından əmin olun.
© Toyota Bakı Mərkəzi