Toyota hekayəsi 19-cu əsrin sonlarından başlayır, Saki Çi Toyoda ölkənin toxuculuq sənayesini inqilabi dəyişiklik edərək, Yaponyanın ilk elektrikli toxuculuq dəzgahını kəşf edir.
1918-ci ilin Yanvarında Saki Çi Toyoda Əyirmə və Toxuculuq Şirkətini yaradır, və oğlu Kiiçiro Toyodanın köməyilə, 1924-cü ildə ömürlük arzusu olan avtomatlaşdırılmış toxuculuğu yaradır. İki il sonra o Toyoda Avtomatlaşdırılmış Toxuculuğu yaratdı.
Atası kimi Kiiçiro da yenilikçi idi, 1920-ci illərdə Avropaya və Birləşmiş Ştatlara səyahəti zamanı o inkişaf etməkdə olan avtomobil sənayesinə dərin maraq göstərməyə başladı. Sakiçi Toyodanın avtomatlaşdırılmış toxuculuq üçün müəlliflik hüququnun satışından aldığı 100,000 funt sterlinqlə Kiiçiro “Toyota Motor Korporeyşnın” əsasını qoydu və şirkət 1937-ci ildə yarandı.
Toxuculuq dəzgahlarından avtomobillərə, Toyotanın təcrübəsi istehsalatın sərhədlərini genişləndirməklə formalaşmışdır. Fortune jurnalının 2006-cı il buraxılışında qeyd olunduğu kimi.
© Toyota Bakı Mərkəzi