Qeyd edilən paket qəza zamanı üçüncü şəxsə vurulan maddi zərərin ödənilməsindən Sizi siğortalayır.
Sığorta təminatı nəyə şamil olunur:
Sürücü və sərnişinlərin sığortalanması yol-nəqliyyat hadisəsi nəticəsində sürücünün və sərnişinlərin səhhətinə vurulmuş ziyan səbəbindən yaranmış xərclərin ödənilməsini əhatə edir
XÜSUSİ QEYD:
Təmir işləri yalnız rəsmi və səlahiyyətli servis mərkəzlərində yerinə yetiriləcəkdir.
Sığorta hadisəsi səbəbindən zədələndiyi halda avtomobil hadisə yerindən təmannasız olaraq Xüsusi evakuator avtomobili vasitəsi ilə yüklənərək Rəsmi servis mərkəzinə çatdırılacaq.
Amortizasiya əmsalı tətbiq olunmadan Avtomobil dəyərinin 2 ilə qədər quvvədə saxlanılması. 2 il ərzində tam məhvolma və ya oğurluq hadisəsi (tapılmadığı halda) baş verərsə, avtomobilin dəyəri alış dəyəri kimi hesablanacaq.
Qanuni əsaslarla avtomobili idarə etmək hüququ olan hər hansı bir sürücünün vurduğu ziyan sığorta təminatına daxildir.
TƏMİNAT | TƏSVİR | PREMİUM |
---|---|---|
CASCO | Tam məhv olma (Tam dəyər) | Bəli |
Qaçırılma (Tam dəyər) | Bəli | |
Yol-nəqliyyat hadisəsi | Bəli | |
Yanğın, partlayış | Bəli | |
Təbii fəlakətlər | Bəli | |
Oğurluq, Quldurluq | Bəli | |
Vandalizm | Bəli | |
Düşən əşyalardan dəyən ziyan | Bəli | |
Heyvanlardan dəyən ziyan | Bəli | |
Zədələnmiş avtomobilin evakuasiya xərcləri | Bəli | |
Təmir işləri | Rəsmi servis mərkəzi | Bəli |
Ərazi | Azərbaycan Türkiyə Rusiya Gürcüstan | Bəli Bəli (əlavə ödəniş) Bəli (əlavə ödəniş) Bəli (əlavə ödəniş) |
Polis protokolu | Tələb edilmir | Ön şüşənin zədələnməsi |
Əlavə xidmətlər | Çağrı Mərkəzi (24/7/365) Taksi xıdməti | Bəli |
Qeyd: bu broşür komersiya təklifi deyil. Tarif və tam şərtləri Satış Mərkəzindən öyrənə bilərsiniz.
© Toyota Bakı Mərkəzi