Broşur sifariş etmək
Test-drayva yazıl
Texniki qulluq üçün qeydiyyatdan keçin
Bizimlə əlaqə

HİBRİD AVTOMOBİLLƏR ENERJİ YIĞMALIDIR?

TOYOTA HİBRİDDƏN SORUŞUN
Narahatlıq yaratmayan innovasiya

Bütün Toyota Hibrid avtomobilləri innovativ, özü enerji yığan batareya texnologiyasına sahibdir. Onlar iki enerji mənbəyini - benzin mühərrikini və elektrik motorunu özündə birləşdirdiyindən "Hibrid-elektrik" avtomobilləri kimi tanınır. Bu o deməkdir ki, təmiz elektrik avtomobillərdən fərqli olaraq hibridlərdə batareyanın yenidən enerji yığması üçün şəbəkəyə qoşulmasına ehtiyac yoxdur.

Toyota Hibriddə batareya boşalanda mühərrikin artıq enerjisi ona yenidən enerji yükləyir. Bu hibrid avtomobillərin yeganə üstünlüyü deyil. Hibrid avtomobillərimiz regenerativ tormozlama funksiyasına malikdir, belə ki, siz əyləci basarkən və ya enişdə hərəkət edərkən generator sonra istifadə edilməsi üçün batareyada saxlanılan enerji hasil edir.

Hələ də özünüzə Hibrid avtomobillərin enerji yığması ilə bağlı suallar verirsiniz? Unutmayın ki, Toyota Hibriddə hər hansı kabel, adapter və narahatlıq yoxdur. Aşağıda Hibrid haqqında digər məşhur sualların cavablarına nəzər salın və ya model çeşidimizdə sizin üçün ən yaxşı Hibrid avtomobilini tapın.