Toyota Bakı Mərkəzi olaraq sosial məsuliyyət layihələrimizi davam etdiririk
Bu yay White City FC və Sixt Azərbaycan ilə birlikdə futbol sevgisini paylaşmaq üçün xüsusi bir təşəbbüsə imza atdıq.Bilgəh qəsəbəsində yerləşən 11 nömrəli internat məktəbindən seçilmiş 12 uşaq üçün yay mövsümünü əhatə edən futbol kurslarına start verildi. Uşaqlar artıq White City FC-nin peşəkar məşqçiləri ilə təlimlərə başlayıblar.
Layihənin əsas məqsədi bu balaca istedadlara dəstək olmaq, onların həm fiziki, həm də sosial inkişafına töhfə verməkdir.
Gələcəyin parlaq futbolçularına dəstək olmaqdan qürur duyuruq! Birlikdə daha çox uşağın həyatına toxunmaq üçün yolumuza davam edirik.
#ToyotaBakıMərkəzi #Sixt #WhiteCityFC #UşaqlarÜçün #LetsGoBeyond #SARDAauto
“Toyota- Arzuların maşını” 15-ci Beynəlxalq Rəsm Müsabiqəsinin milli seçim mərhələsi bitib.