Toyota Bakı Mərkəzi növbəti dəfə məktəblilər üçün “Sıfırın ötəsində” (Let's Go Beyond) təlim keçirib.
Təlimin əsas məqsədi məktəblilərin uşaq vaxtından ətraf mühiti çirkləndirməməsi, ona qayğı ilə yanaşması, çirklənmiş ərazilərin təmizlənməsinə sövq etməkdir. Toyota-nın yeni qlobal məqsədlərindən olan “Let's Go Beyond" atmosferi çirkləndirən texnologiyadan tam imtina etmək, yeni, daha sağlıqlı və faydalı texnologiyalara keçidi təmin etməkdir. "Sıfırın ötəsində" Toyota üçün sıfır karbon emissiyası ilə ətraf mühit və cəmiyyətin sağlamlığı üçün yeni öhdəliklərdir.
Elektrikləşmənin liderlərindən biri olaraq, bununla kifayətlənməyəcəyik. 2025-ci ilədək 40-a qədər yeni və ya yenilənmiş elektrikli avtomobillərin satışa çıxarılması planlarını gerçəkləşdirmək üzərində işləyirik. Beləliklə, hər kəs ehtiyacı olduğu doğru zamanda lazımi texnologiyadan istifadə edə biləcək.
Cəmiyyətə və təbiətə faydalı olmaq məqsədilə "Ətraf Mühit 2050 Çağırışı"-nın bir hissəsi olaraq sıfır emissiya səyahətimizin daha da irəliləməsi üzərində çalışırıq.
#Toyota #LetsGoBeyond #SıfırınÖtəsində




2024 Tam yeni Toyota Land Cruiser Prado 250 modeli