“Toyota Gəncə Mərkəzi” açıldı

Gəncədə Toyota-nın rəsmi dileri olan “Toyota Gəncə Mərkəzi”nin açılış mərasimi keçirilib.

Açılış Mərasimində Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, "Toyota" Qafqaz şirkətinin prezidenti Yuji Waqata, "İSR" Holdinqin vitse prezidenti Rauf Xəlilov , "İSR Avto" şirkətinin direktoru Rəşad Əliyev və ictimaiyyət nümayəndələri iştirak edib.

Açılış mərasimində çıxış edən Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov “Toyota Gəncə Mərkəzi"nin Gəncə şəhərində fəaliyyətə başlamasından məmnun olduğunu bildirdi və şirkətə bundan sonrakı fəaliyyətində uğurlar arzuladı. Çıxış edən digər rəsmilər "Toyota"nın uğurları haqqında məlumat verərək, Gəncə şəhərində də müştərilərə layiqincə xidmət göstəriləcəyinə inandıqlarını bildirdilər.

Çıxışlardan sonra rəsmi olaraq dilerlik müqaviləsi imzalanıb.

Daha sonra tədbir şou proqram şəklində davam edib.