Lənkəranda “Toyota” sərgi-yarmakası keçirildi.

Toyota şirkəti yalnız avtomobillərinin keyfiyyəti ilə yox, həmçinin təklif etdiyi xidmətlər və keçirdiyi tədbirlərlə fərqlənməyə davam edir.Toyota ilə ölkəmizdəki müştərilər arasında olan münasibət həm avtomobillərə, həm də tədbirlərə göstərilən maraqdan açıq-aşkar şəkildə bəlli olur. Müştərinin istəklərini yerindəcə həll etmək məqsədilə şirkətin nümayəndələri yeni “Mobil servis” layihəsi çərçivəsində Azərbaycanın bölgələrinə baş çəkirlər.Sentyabrın 19-da Lənkəran Şəhəri İcra Hakimiyyətinin dəstəyi ilə Toyota Bakı Mərkəzi Cənub bölgəsinin ən böyük şəhəri olan Lənkəranda Toyota sərgi-yarmarkasını təşkil edtdi. Cənub bölgəsinin sakinləri Toyota avtomobillərini test-drayv emək və pulsuz diaqnostika xidmətindən yararlanmaq imkanı əldə etdilər.Xatırladaq ki, Toyota Bakı Mərkəzi Toyota şirkətinin Azərbaycandakı rəsmi dileridir.

Lənkəranda “Toyota” sərgi-yarmakası keçirildi.