Əlaqə Kredit Kalkulyatoru Servis qeydiyyatı Test drive


Nə üçün orijinal ehtiyyat
hissələrini almaq lazımdır?

Yalnız orijinal ehtiyat hissələr istifadə edin – heç bir şey orijinal ilə müqayisə oluna bilməz.

Müasir insanın əhatəsidə olmağı artıq alışdığı bütün texniki baxımdan mürəkkəb qurğular arasında avtomobil xüsusi yer tutur.
Bu xüsusi yeri avtomobil haqqlı olaraq qazanmışdır, çünki avtomobilə sahib olub onu idarə etmək insana sərbəst hərəkət etməyə imkan verir və yüngüllük hissini bağışlayır.
Eyni zamanda planlarımızın icrası və hətta təhlükəsizliyimiz avtomobildən, daha doğrusu onun etibarlılığından və daima hərəkətə hazır olmasından asılıdır.
Bütün ölkələrdə bilirlər ki, Toyota bütün istismar müddəti boyunca etibarına güvənə biləcəyimiz yaxşı avtomobillər istehsal edir. Toyota avtomobillərinin etibarlılığı konstruksiyanın ətraflı düşünülmüş olması, ən mükəmməl keyfiyyətə nəzarət sistemi, həmçinin dəqiq işlənib hazırlanmış texniki xidmət planı və orijinal ehtiyat hissələrinin tam çeşidi ilə təmin olunur.
Orijinal ehtiyat hissələrinin qeyri-orijinal hissələrdən əsas fərqləndirən cəhəd odur ki, orijinal ehtiyat hissəsinin işlənilməsi zamanı əsas diqqət hissənin doğru işləməsinə və uzun müddət xidmət etməsinə yetirilir. Qeyri-orijinal ehtiyat hissələrinin istehsalçıları isə əsasən istehsal xərclərinin azaldılması barədə düşünürlər.  


Yalnız orijinal ehtiyat hissələr istifadə edin – heç bir şey orijinal ilə müqayisə oluna bilməz.


Biz ehtiyat hissələrinə və təmir işlərinə 2 illik zəmanət veririk.


Oriijinal ehtiyat hissələrinin istifadə olunmasının əlavə 7səbəbi.

1) Bütün orijinal ehtiyyat hissələri spesifik modellərə mübahisəsiz uyğun gəlməsi üçün layihələşdirilir.
2) Hər bir hissənin materialları yüksək standartlara cavab verir və bu da hissənin dözümlülüyünü artıraraq funksional tələblərinin uzun müddətli olmasını təmin edir
3) Orijinal hissələr dəqiqliklə düzəldilir və yüksək peşəkar mühəndislərin sınağından keçərək uyğun, düzgün və yüksək işləmə qabiliyyəti ilə sığortalanır.
4) Bütün orijinal hissələr qablaşdırılmış qutuda və keyfiyyət sertifikatları ilə gəlir.
5) Yüksək təcrübəyə və peşəkarlığa malik olan personal orijinal ehtiyat hissələrinin köməyi ilə sizin avtomobillərinizə uzun ömürlülük verirlər.
6) Orijinal hissələri istifadə etdikdə təmir xərclərini azaldaraq pulunuza qənaət edəcəksiniz və nəticədə uzun müddətli avtomobil istismarı əldə edəcəksiniz.
7) Orijinal hissələrin rəsmi distribüterdən əldə edilməsi sizə xoşbəxt və problemsiz avtomobil istismarına zəmanət verir.