Əlaqə Kredit Kalkulyatoru Servis qeydiyyatı Test drive


Dövri xidmət



Toyota avtomobilləri elə qurulub ki, onlara göstəriləcək texniki xidmətlə bağlı xərclər minimal olsun. Hər yeni modellə xidmətə ehtiyacı olmayan hissələrin sayı artır, xidmətə ehtiyacı olan hissələr isə maksimum möhkəm hazırlanmışdır. Əmək sərfini xeyli azaltmağa imkan verən qovşaq və aqreqatların asan, əlverişli yerdə yerləşməsi heç də az əhəmiyyətli deyil. Bu xüsusiyyətlər Toyota avtomobillərinin qüsursuz işlək vəziyyətdə olmasının təmin edilməsi xərclərini xeyli azaldır.

Planlı texniki xidmət (TX)

İxtisaslı texniki xidmətin müntəzəm keçirilməsi konstruktorlar tərəfindən Sizə məxsus Toyota avtomobilində təmin edilmiş işləmək qabiliyyəti, təhlükəsizlik və etimarlılıq kimi keyfiyyətlərin itirilməməsinə imkan verəcək. Eyni zamanda bu avtomobilinizə sərf etdiyiniz vəsaiti maksimum qoruyub saxlamağa kömək edəcək. İstehsalçı zavodla tövsiyyə olunmuş avtomobilə texniki xidmətlə bağlı bütün işlərin və ehtiyat hissələrinin tam siyahısı Toyota avtomobillərinin modelləri ilə olan səhifələrdə “Dövri xidmət” bölməsində verilib.




Sizin Toyota avtomobilinizə vaxtaşırı texniki xidmətin tövsiyə olunan intervalı zaman baxımından hansının daha tez çatmasından asılı olaraq hər 10,000 km yürüşdən bir və ya ildə 1 dəfədir. Lakin istifadə şəraitindən asılı olaraq dövri xidmət intervalı hər 5,000 km və ya 6 ay da bir dəfə dəyişilə bilər.


İlk ödənişsiz texniki xidmət (TX – 1 ay)
Toyota avtomobilinizi aldığınız andan 1 ay ərzində göstərilən ilk texniki xidmət pulsuz göstərilir.



Onlayn sorğular